AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
O, Slovakiyada Bratislava “Slovan”ı ilə Gürcüstanın “Dinamo” (Batumi) komandası arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 6-da keçiriləcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP