Xalidə Kəngərlinin intiharının ilkin səbəbi müəyyən edildi – ƏTRAFLI

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.

İlkin araşdırmalar nəticəsində hadisənin ehtimal edilən səbəbi müəyyən edilib. Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.

Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.

Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi