“NATO qarşıdurma məqsədi ilə yaradılan aqressiv blokdur”- PESKOV
“NATO qarşıdurma məqsədi ilə yaradılıb və bunu nümayiş etdirməkdə davam edir”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov alyansın çevik reaksiya qüvvələrinin sayını artırmaq planlarını şərh edərkən deyib.
Onun fikrincə, NATO kifayət qədər aqressiv blokdur.
Peskov əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi NATO planları fonunda qərb sərhədlərinin uyğun şəkildə gücləndirilməyə hazırlaşır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP