Azərbaycanda daha bir azyaşlı qız EVLƏNDİRİLİR
Azərbaycanda məktəbli qız evləndirilir.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olacaq:
“Evləndirilən qızın 15 yaşı var. Toy sabah Sabirabad rayonunun Qəzli kəndindən keçiriləcək. Onu da qeyd edim ki, həmin kənddə bu ikinci hadisədir. Mən bu haqda polisə də məlumat vermişəm. Artıq faktla bağlı araşdırma aparılır”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP