Suşalı təqaüdülər doğma şəhərdə səfərdə olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, “Şuşa İli” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar şəhərdəki Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Onlar səfər müddətində dünyaya ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə – 30 ildən bəri xatirələrində sevə-sevə yaşatdıqları, doğma məkan və ünvanları gəziblər.

Axan sevinc göz yaşları, Vətən, Qarabağ, Şuşa sevgisi ilə dolub daşan, saf Şuşa havasından fərəhlə dolub-daşan, riqqətə gələn ürəkləri ilə doğma yurdun hər qarışını dönə-dönə seyr ediblər.

Səfər Cıdır düzündə təşkil olunan toplantı ilə başa çatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi