Roman müsabiqəsi elan edilib

Yeni ədəbi roman müsabiqəsi elan edilib. Gənc yazıçılara dəstək məqsədilə TEAS Press nəşriyyat evi tərəfindən təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır.

İyunun 3-də keçirilən təqdimatda müsabiqənin şərtləri açıqlanıb. Təşkilatçılar müsabiqənin keçirməlisində əsas məqsədin ədəbi mühitin inkişafına təkan vermək və yeni imzaların üzə çıxmasına şərait yaratmaq, eləcə də yeni əsərlərin yazılmasını təşviq etməkdən ibarət olduğunu bildiriblər. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən və ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından ibarət olduğu qeyd edilib.

Müsabiqənin şərtlərinı görə iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır, əsərlərin müsabiqəyə qəbulu iyunun 3-dən başlayaraq, avqustun 31-nə qədər davam edəcək, hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər.

Müsabiqə üç mərhələdə keçiriləcək.

Birinci yerin sahibinə 2 min manat pul mükafatı veriləcək və həmin əsər bu müsabiqəni təşkil edən nəşriyyat evi tərəfindən çap olunacaq, ikinci yerin sahibinə 1500, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini bu elektron ünvana – musabiqe@teaspress.az göndərə bilərlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib