Yaponiyanın nüfuzlu “The Japan Times” qəzeti Azərbaycanın Müstəqillik Gününə həsr olunan məqalə yayıb

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə bu gündoğan ölkənin nüfuzlu ingilis dilli “The Japan Times” qəzetində səfir Gürsel İsmayılzadənin “Əməkdaşlıq davamlı iqtisadi inkişafa yol açır” adlı məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın müstəqillik əldə etdikdən sonra çiçəklənən ölkəyə çevrildiyi, iqtisadi inkişafın, həyat səviyyəsinin, insan kapitalının yüksəlməsinə nail olduğu oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi son 30 ilində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişə nail olub. Ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı və bu gün Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə nəhəng enerji və nəqliyyat layihələri həyata keçirən dünyanın ən rəqabətqabiliyyətli dövlətlərindən birinə çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

Yazıda təbii ehtiyatlarla zəngin Azərbaycanın regionun enerji sektorunda əsas oyunçu olduğu, ölkə rəhbərliyinin Azərbaycanın neft yataqlarının və təbii qazının şaxələndirilmiş nəqli marşrutlarının işlənməsinə xarici investorların cəlb edilməsini təmin etdiyi qeyd edilib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri vasitəsilə öz neftini və təbii qazını beynəlxalq bazarlara çatdırdığı barədə danışılıb.

Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri-neft sahələrinin şaxələndirilməsinin iqtisadi siyasətin əsas strateji istiqamətlərindən biri olduğu, ölkənin kənd təsərrüfatı, logistika, turizm və İTC texnologiyalarına xüsusi diqqət yetirdiyi bildirilib. Həmçinin Ələt limanını (Bakı Beynəlxalq Dəniz Limanı) və Azad Ticarət Zonasını etibarlı regional logistika qovşaqlarına çevirmək üçün ticarət və tranzit dəhlizlərinin inkişafı üzrə bir sıra layihələrə start verildiyi vurğulanıb. Eyni zamanda, Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizi barədə məlumat verilərək, bunun təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün iqtisadi üstünlük yaradacağı da qeyd edilib.

Məqalədə 2020-ci ilin payızında Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdiyi, bununla da ölkənin ərazi bütövlüyünün bərpa olunduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və inkişafının Azərbaycan hökumətinin əsas prioriteti olduğu diqqətə çatdırılıb. Həmçinin Prezident Əliyevin 2020-ci il noyabrın 24-də ölkənin işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, inzibati və digər təxirəsalınmaz postböhran məsələlərinin sistemli şəkildə həlli üçün xüsusi Əlaqələndirmə Bölməsinin yaradılması haqqında sərəncam imzaladığı qeyd edilib.

Eyni zamanda, məqalədə Qarabağın mirvarisi və Azərbaycanın mədəniyyət paytaxtı olan işğaldan azad edilmiş Şuşa haqqında məlumat verilib, bu şəhərin artıq bir çox mədəniyyət festivallarına ev sahibliyi etdiyi ifadə olunub.

Yazıda cari ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladan müəllif, hazırda bu əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan ilə Yaponiya arasında münasibətlərin ümumi maraq, qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qurulduğu və bunun xalqlarımızın mənafelərinə xidmət etdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Yaponiya ilə kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, nəqliyyat və logistika kimi sahələrdə əməkdaşlıq etmək üçün böyük potensiala malikdir. Məqalədə ölkələrimizin regionları arasında da səmərəli əməkdaşlığın qurulduğu xatırladılıb.

Əminliklə qeyd edilib ki, gələcək illər iki dost xalqı daha da yaxınlaşdıracaq, dövlətlər arasındakı əməkdaşlıq daha da inkişaf edərək bir çox yeni sahələri əhatə edəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi