Türkiyə ölkəyə giriş üçün PCR testi ləğv etdi

Türkiyə hökuməti pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən PCR testinin və ya antigen testinin nəticəsinin ölkəyə daxil olarkən təqdim edilməsi barədə tələbi ləğv edib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“İyunun 1-dən ölkəyə daxil olmaq üçün bütün sərhəd məntəqələrində girişə maksimum 72 saat qalmış təqdim edilməli olan PCR testinin mənfi nəticəsi olan sertifikatların tələbi ləğv olunur”,- deyə məlumatda qeyd olunub.

Həmçinin girişdən sonra maksimum 48 saat ərzində aparılan mənfi antigen testinin tələbi də bu gündən ləğv olunur.

Nazirliyin məlumatında qeyd olunub ki, COVID-19 pandemiyasının yayılmasını nəzarətdə saxlamaq üçün ölkədə olduğu kimi, sərhəd qapılarında da tətbiq olunacaq qaydalar və tədbirlər virusun dinamikasına uyğun görülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib