“Liverpul”un futbolçusu “Bavariya”ya keçir -FOTO

“Bavariya” heyətinə “Liverpul”un hücumçusu Sadio Maneni qoşa bilər.

Seneqallı futbolçu Almaniya çempionu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.

Transferun baş tutma ehtimalı yüksəkdir.

Müqavilə üç illikdir.

“Bavariya” 30 yaşlı seneqallı üçün 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Manenin “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulsa da futbolçu onu yeniləmək istəmir.

“Liverpul” yay transfer pəncərəsi zamanı Maneni sata bilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP