Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmir edilib

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “AzərEnerji” tərəfindən əsaslı təmirə çıxarılıb. Qeyd edək ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır. Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları  əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur.

“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə “AzərEnerji”nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi