Prezident İlham Əliyev Məhəmməd bin Zayed Al Nəhyanı BƏƏ-nin Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir”.

Ölkəmizin Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. “Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.

İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi