“Rauf Hacıyev 100” adlı videomaterial izləyicilərə təqdim olunub

Prezident İlham Əliyevin Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığına həsr olunmuş videomaterial hazırlanıb.

Hazırlanan materialda rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan Rauf Hacıyevin bir bəstəkar və ictimai xadim kimi fəaliyyətindən bəhs edilməklə yanaşı, bəstəkarın uzun illər ərzində Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər öz əksini tapıb. Materialda Rauf Hacıyevin yaradıcılığının ilk illərindən, eləcə də bəstəkarlıq sahəsində formalaşmasında dahi Üzeyir Hacıbəylinin müstəsna əməyindən söhbət açılır. On beşə qədər filmə musiqi yazan Rauf Hacıyevin Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulan operettaları və müəllifi olduğu musiqi əsərləri haqqında məlumat verilir. Eyni zamanda Azərbaycan musiqi mədəniyyətində məhz Rauf Hacıyevin operettalarında vokal-simfonik, balet və estrada sənətinin bir-biri ilə üzvi surətdə birləşməsi və bununla da ölkəmizdə bu janrda yeni bir səhifənin açılması vurğulanıb. Materialda Rauf Hacıyevin ictimai fəaliyyətindən də bəhs edilərək, onun 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə mədəniyyət naziri təyin edilməsi, eyni zamanda ictimai fəaliyyəti dövründə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı və Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq Muzeyinin açılması haqqında məlumat verilib. Videomaterialda həmçinin bəstəkarın fotoşəkilləri, musiqisini yazdığı filmlərdən fraqmentlər də nümayiş edilib.

Qeyd edək ki, “Rauf Hacıyev 100” adlı videomaterialla bu linkdən – https://ryl.az/virtual/multimediya tanış olmaq olar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi