“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat aparılır

Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində növbəti tədris ili üçün “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri https://digitalskills.edu.az/ veb-səhifəsində test imtahanında iştirak etmək üçün mayın 25-dək qeydiyyatdan keçməli, bu siniflərə qəbul üzrə müraciətlərini təsdiq etməlidirlər. Qeydiyyat prosesi tamamlandıqdan sonra şagirdlər regional təşkil olunan üzbəüz test mərhələsində iştirak edəcəklər.

Qəbul imtahanının I mərhələsindən uğur qazana bilməyən şagirdlərə ikinci dəfə iştirak etmək fürsəti veriləcək. Layihə çərçivəsində təşkil edilən və müddəti bir ay olan intensiv imtahana hazırlanma kursunda iştirak edərək, şagirdlər imtahanın II mərhələsində uğur qazana bilərlər.

Qeyd edək ki, şagirdlər “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil alaraq bir çox üstünlüklər əldə edəcəklər. Belə ki, bu siniflərdə tədris almaqla, gələcəyini informasiya texnologiyaları ixtisasları üzrə bağlayan şagirdlər daha hazırlıqlı, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlara malik olacaqlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi