İstanbul danışıqların növbəti raundunu təşkil edə bilər

“Ukrayna tərəfi hələ də Rusiya ilə sülh danışıqlarında maraqlıdır”.

TASS xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Onun sözlərinə görə, Kiyev bununla bağlı mövqeyini sərtləşdirməyib.

Sergey Nikiforov Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra “Ukrayinska Pravda” nəşrinin Rusiya Federasiyası ilə danışıqlara yanaşmanın dəyişdirilməsi ilə bağlı iddiasını da təkzib edib.

“Deyə bilərəm ki, jurnalistlər bir neçə məqamı gözdən qaçırıblar. Ya bu, sadəcə səhvdir, ya da onların əslində danışıqlar prosesindən heç bir xəbəri olmayan yanlış mənbələri var”,- deyə Nikiforov bildirib.

Onun sözlərinə görə, nəşrin bu yazısı qəsdən edilimiş manipulyasiya da ola bilər.

Eyni zamanda o, Ukrayna və Rusiya arasında danışıqların hazırda dayandırıldığını təsdiqləyib.

“İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən an danışıqların növbəti raundunu təşkil edə bilərlər. Başqa bir şey də odur ki, nümayəndə heyətləri danışıq aparmaq səlahiyyətinə malik olduqları bütün məsələlər üzrə razılığa gəliblər. İndi ən mürəkkəb və fundamental qərarlar -Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün təminatı məsələsi qalıb ki, bu da prezidentlər səviyyəsində olan şeydir”, – deyə Nikiforov əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi