Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsi müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş müxtəlif ölkələrdə yaşayan bir qrup azərbaycanlı elm xadimi ilə görüşüb. 

Türkiyə, ABŞ, Yaponiya, Fransa, Almaniya, Estoniya, İsveç, Çin, Rusiya, Meksika, Misir, Myanma, Oman Sultanlığı və Qazaxıstandakı nüfuzlu elm və təhsil ocaqlarında fəaliyyət göstərən görüş iştirakçılarını salamlayan Komitə sədri cəmiyyətimizin fəxri olan azərbaycanlı alimlərin qurultayda iştirak etməsini yüksək qiymətləndirib. 

Görüşdə xaricdəki azərbaycanlı alimlərin forumunun keçirilməsi məsələsi müzakirə olunub və bununla bağlı təşkilat komitəsinin yaradılması, xaricdə yaşayan alimlər arasında virtual əlaqə imkanlarının formalaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.   

Görüş iştirakçıları forumun keçirilməsi təşəbbüsünü alqışlayıb, diaspor quruculuğunda azərbaycanlı alimlərin yaxından iştirakının, elm xadimlərinin gücünün birləşdirilməsinin, bilik və təcrübələrinin bölüşdürülməsinin dövlətimizin milli maraqlarına böyük töhfə verəcəyini diqqətə çatdırıblar. 

Müzakirələr əsnasında elmidiaspor.az və dünya azərbaycanlılarının bioqrafiya bankı olan azerbaycan.li saytının fəaliyyəti, DİDK-nın bu istiqamətdə həyata keçirdiyi digər layihələrə də diqqət çəkilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi