Diaspor rəhbərləri şəhid Əliheydər Kazımovun xatirəsinə həsr olunan şahmat turnirində iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayının Rusiyadan olan bir qrup iştirakçısı şəhid Əliheydər Kazımovun xatirəsinə həsr olunmuş şahmat turnirinin final mərhələsində iştirak edib, qaliblərə mükafatlar təqdim ediblər. 

 

Moskva vilayətində Oçakova-Matviyevski rayonu üzrə Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımovun qardaşı Əliheydər Kazımov 1992-ci ildə – I Qarabağ savaşında şəhid olub. Ə.Kazımovun çalışdığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsindəki 228 saylı məktəbə onun adı verilib, xatirəsinə bulaq inşa edilib, bu il isə şəhidin əziz xatirəsinə həsr olunmuş məktəbdaxili şahmat turniri təşkil edilib. Turnir Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr ilə baş tutub.  

 

Məktəbin direktoru Səkinə Rzayeva, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Aydın Mahmudov, millət vəkili Aydın Hüseynov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, rayon təhsil işçiləri Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, şəhidin qardaşı – Moskva vilayətində diaspor rəhbəri Əli Kazımov və Rusiyadan gəlmiş digər icma rəhbərləri çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıblar. Turnirin “Şuşa ili”nə töhfə olmaqla yanaşı, gənc şahmatçıları ruhlandırmaq üçün də vacibliyini qeyd ediblər. 

 

Çıxış edənlər Dünya Azərbaycanlılarının tarixi Zəfər qurultayından da bəhs edərək, tədbirin müxtəlif ölkələrdə yaşayan söydaşlarımızın birliyi və həmrəyliyi baxımından müstəsna rolu olduğunu, Vətən müharibəsi zamanı informasiya savaşına, eləcə də ordumuza maddi-mənəvi dəstək göstərmiş diasporumuzun qarşısında yeni məqsəd və vəzifələr qoyduğunu bildiriblər. 

 

Tədbirin sonunda çempionatın qalibləri medal və mükafatlarla, bir qrup müəllim isə fəxri fərmanla təltif olunub. Çempionatı qonaqlarla yanaşı, valideynlər də maraqla izləyib. 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi