Mariupolda şiddətli döyüşlər davam edir

Artan fəaliyyətə baxmayaraq, Rusiya qoşunları son 24 saat ərzində Ukraynanın ərazilərini daha da ələ keçirmək cəhdlərində çox az irəliləyiş əldə ediblər.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin şənbə günü dərc edilmiş kəşfiyyat icmalında deyilir.

Qeyd edilib ki, rusların səylərini Ukraynanın əks-hücumları əngəlləyir.

Britaniya kəşfiyyatının bildirdiyinə görə, Rusiyanın Mariupolu zəbt etdiyi iddiasına baxmayaraq, orada şiddətli döyüşlər davam edir və bu, Rusiyanın şəhəri ələ keçirmək cəhdlərini puça çıxarır və onların Donbasda arzuladıqları irəliləyişini daha da ləngidir.

Bundan əlavə, Rusiya hava və dəniz qüvvələri Ukraynanın hava və dəniz hücumundan müdafiəsinin effektivliyinə görə heç bir əraziyə nəzarət yaratmayıb ki, bu da onların nəzərəçarpacaq irəliləyiş əldə etmək imkanlarını azaldır.

Bu arada Aİ Rusiyanın Ukraynanın şərqində və ölkənin sahillərində hərbi hücumlarını gücləndirəcəyini gözləyir.

Xatırladaq ki, cümə günü Rusiya ordusu rus qoşunlarının “xüsusi əməliyyatın ikinci mərhələsində” vəzifəsini “Donbas və Ukraynanın cənubuna tam nəzarətin” yaradılması adlandırmışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi