Zəfər qurultayında qarşımıza yeni vəzifələr qoyuldu

Elxan Mirhəşimli: “Cənab Prezidentin fikirləri hər birimiz üçün strateji xətt olmalıdır”

Artıq iki gündür ki, Qarabağın baş tacı olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan qurultay müstəqil Azərbaycan tarixində keçirilən qurultaylar sırasında müstəsna təşkil edən və tarixə qızıl həriflərlə yazılacaq qurultaydır. Sayca beşinci qurultayın belə hir əlamətdar, mühüm olmasını şərtləndirən başlıca amil isə onun qeyd etdiyimiz kimi Şuşada keçirilməsidir. Təsadüfi deyil ki, elə qurultay iştirakçılarının da fikri məhz belədir.

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli də deyir ki, sözügedən qqurultayın Şuşada keçirilməsi tarixi hadisədir və Dünya Azərbaycanlılarının qurultayları sırasında xüsusi önəmə, çəkiyə malikdir. Təşkilat sədrinin sözlərinə görə, bu önəm, çəki isə həmin qurultayın Şuşada keçirilməsi ilə bağlıdır. Elxan Mirhəşimli bildirib ki, qurultayın Şuşada keçirilməsi həm də ümummilli lider Heydər Əliyevin arzularının reallaşması, istəyinin həyata keçirilməsi deməkdir: “Çünki hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında çıxışı zamanı ümummilli lider əminliklə bildirmişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Ümummilli liderin bu istəyi, arzusunu onun siyasi kursunun davamçısı Cənab İlham Əliyev həyata keçirdi və bizləri bu gözəl məkana, Qarabağın cənnət məkanı olan Şuşaya topladı. Bu mənada mən hesab edirəm ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi ilə Heydər Əliyevin də ruhu şaddır”.

Elxan Mirhəşimli bu dəfəki qurultayın əhəmiyyətindən danışarkən onu da xüsusi qeyd edib ki, əvvəlki qurultaylardan fərqli olaraq bu dəfə dünya azərbaycanlıları Ana Vətənə qalib dövlətin, qalib xalqın nümayəndəsi kimi gəliblər: “Hesab edirəm ki, bundan böyük xoşbəxtlik ola bilməz. Eyni zamanda bizlər xaricdə də artıq əzilmiş, sınmış halda deyil, məğrur, torpaqlarını işğaldan azad edən bir xalqın nümayəndəsi kimi gəzir, bu cür qəbul edilirik. Cənab Prezident İlham Əliyevin qurultayda dediyi kimi bu proses bundan sonra da belə davam edəcək: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”.

Elxan Mirhəşimli onu da diqqətə çatdırıb ki, Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Cənab Prezident geniş və məzmunlu çıxışı ilə diaspor təşkilatları qarşısında yeni vəzifələr qoydu: “Əgər əvvəlki qurultaylarda erməni təcavüzü, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğala məruz qalması faktının dünyaya, yaşadığımız ölkələrin rəmsi və qeyri-rəsmi qurumlarına, ictimaiyyətinı çatdırmaq kimi mühüm vəzifələr qoyulurdusa, Şuşada keçirilən Zəfər qurultayında isə dövlət başçısı Cənab İlham Əliyev yeni hədəfləri, vəzifələri bizlərə çatdırdı. Bu da ondan ibarət idi ki, bizlər artıq postmüharibə dövrü və azad edilən ərazilərimizdə ermənilərin 30 ilə yaxın müddətdə həyata keçirdikləri vandallıqları beynəlxalq aləmə, dünyaya çatdırmaq işində fəal olmalıyıq. Bu mənada Cənab Prezident öz çıxışında qeyd edirdi: “Yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır – həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur”.

Elxan Mirhəşimli onu da diqqətə çatdırıb ki, Cənab Prezidentin qurultayda çıxışı zamanı vurğuladığı digər mühüm məqam tariximizin, xüsusilə Qarabağ tarixinin xaricdə yetişməkdə olan gənc nəsilə aşılanması, onların bilgiləndirilməsi ilə bağlı idi ki, dövlət başçısının qeyd etdiyi bu məqama xaricdə yaşayan hər bir azərbaycanlı xüsusi diqqətlə yanaşmalıdır. Hesab edirəm ki, Cənab Prezidentin “Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar” fikri hər birimiz üçün strateji xətt olmalıdır”.

Elxan Mirhəşimli sonda bir daha qeyd edib ki, Şuşada keçirilən Zəfər qurultayı tarixi bir hadisədir və bu tarixin canlı şahidi olmasına imkan yaradan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, qurultayın təşkilatçısı olan Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirir.

Süleyman İsmayılbəyli

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır