“Şparqalka”dan gizli istifadə üsulları

İmtahanlar nəzarət nə qədər güclü olsa da yenə “şparqalka”lardan istifadəyə rast gəlirik. Hətta yeni texnoloji vasitələrlə yoxlama keçirilsə də, nəzarətçilər gözlərini “dörd açsalar” da hansısa abituriyent və ya tələbə xüsusi “fərasət” göstərib şparqalkadan köçürə bilir. Bu məsələyə ən çox semestr imtahanlarında rast gəlirik.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun məsələyə xüsusi yanaşması var. O düşünür ki, imtahanın qış aylarında olması zala şparqalka keçirməyi daha da asanlaşdırır:

“DİM Azərbaycanda vahid imtahan keçirən qurum olaraq kifayət qədər şəffaflığı ilə göz önündədir. Hesab edək ki, hər il imtahanlarda iştirak edənlər arasında neqativ hallara yol verməyə cəhdlər olur. İmtahan binasına qədər yoxlamalar olsa da, biz bir neçə meyarı nəzərdən qaçırırıq.

Hazırda soyuq aylar olduğu üçün insanların üzərində qalın üst geyimləri var. Bəzən imtahan binasına giriş zamanı bu geyimləri yoxlamaqla bağlı problemlər olur. Yəni imtahan iştirakçıları qış geyimlərinin müəyyən hissələrinə həmin texniki avadanlıqları, elektron resursları yerləşdirirlər. Və imtahan zamanı bundan istifadəyə cəhd edirlər. Dünyanın bütün ölkələrində keçirilən imtahanlarda bu kimi texniki avadanlıqlarından istifadələr müşahidə olunur. Təbii ki, xoşagəlməz bir haldır.
İmtahan qış aylarında keçirilməsi köçürməyə şərait yarandan amillərdəndir”.

Deməli bu “şparqalka”ların ömrü texnologiyanın inkişafı ilə sona çatacaq. Amma hər nə olursa olsun, istifadə edənlər var.

Bəs belə halların qarşısını almaq üçün DİM-in imtahanlara təyin etdiyi nəzarətçilər nə üçündür? 

DİM-dən hər dəfə bildirilir ki, imtahanlarda iştirak edən şəxslər illərin nəzarətçiləridir.

Əgər nəzarətçi imtahan verən şəxsdə hər hansı şparqalka görüb, bunu görməzlikdən gəlirsə, onun cəzalandırılması halı da var. Bu cəza tədbiri həm nəzarətçinin, həm də imtahan verənin daha diqqətli olmasına təkan verir.

Bu mövzu barədə dünyada köçürmə üsullarında ən məşhurlarını araşdırdıq.

Onları sizə təqdim edirik:

1.Dırnaqlara yazmaq (qələmlə xırda-xırda mətn yazmaq)

2.Yazılı ayaqqabılar (ağ ayaqqabının üzərinə imtahanda lazım olan vacib informasiyaları qeyd etmək)

3.Ağıllı eynək (informasiyanı yaddaş kartına köçürüb eynəyə qoşmaq)

4.Saat görüntülü kağız (saatın içərisini çıxarıb, yazılı məlumatı qeyd etmək)

5.Ağıllı qələmlər (qələmin içərisinə yazılı vərəq qoymaq)

6.Su markası kimi dizayn edilən butulkalar

7.Yara bandının imtahanda məlhəm olması (yara bandının altına vərəq qoymaq)

Sonda qeyd edək ki, şparqalka ilə imtahanı yola verən şəxslər sevinməsin. Bir müddət sonra, hətta aylar keçdikdə onun imtahan nəticələri xüsusi texnologiya vasitəsi ilə bir-bir araşdırılır. Bunu edən texnologiya və xüsusi kompüter proqramlarının hansı olduğunu isə hələlik yazmırıq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on ““Şparqalka”dan gizli istifadə üsulları

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi