Bosniya və Herseqovinada 5,7 bal gücündə zəlzələ olub
Bosniya və Herseqovinanın cənubundakı Stolaç şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentrinin Stolaç şəhərindən 15 kilometr uzaqlıqda olduğu bildirilib. Paytaxt Sarayevo da daxil olmaqla, bütün ölkə ərazisində hiss edilən zəlzələ səbəbindən episentrə yaxın olan Stolaç və Mostar şəhərlərində bəzi binalara ziyan dəyib.
Zəlzələnin Xorvatiya, Albaniya, Monteneqro, Şimali Makedoniya, Kosovo, Serbiya və Sloveniyada, hətta İtaliyada da hiss olunduğu bildirilir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP