Fazil Mustafa: “Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır!”

Pandemiyanın ağır nəticələri qonşu ölkələrə quru yol vasitəsilə gediş-gəlişi də  iflic edib. Quru yollarının hələ də bağıı olması, təyyarə biletlərinin  kosmik dərəcədə baha olması səbəbindən əhalinin kasıb təbəqəsinin vacib ünvanlara gedişi əsl problemə çevrilib.

Milli Məclisin deputatı Fazil Mustafa özünün Feysbuk hesabında bu problemdən yazıb:

“İndicə Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi. Hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz  öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın”.

Millət vəkili daha sonra problemin həlli üçün məmurlaqra müraciət edib:

“Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda…Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir.  Ay məmurlar, cəhənnəm olsun  pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları öz vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!”, – deyə millət vəkili bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi