Məktəb direktorunun 352 minlik əmlakına həbs qoyuldu – ŞOK DETALLAR

Külli miqdarda mənimsəmədə ittiham olunan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva və digər şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib.

Paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı  İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMCnin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 mini nazirliyə ödənilib.

Bundan əlavə, direktor G. Abdullayevanın 352 min 779 manat dəyərində əmlakına həbs qoyulub. Həmin əmlakın bir ev və iki bağ sahəsindən ibarət olduğu bildirilir.

Qeyd edək ki, G. Abdullayeva ötən ilin avqust ayında saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

Gülnarə Abdullayeva

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi