Dünya İstanbuldakı tarixi görüşdən danışır: “Həftənin şəxsiyyəti Ərdoğandır”

Türkiyə Rusiya-Ukrayna müharibəsi zamanı tarixi sammitə ev sahibliyi edib. Atəşkəs ümidi ilə İstanbuldakı Dolmabahçe sarayında keçirilən görüş dünyada çox diqqətlə izlənilib.

Dünyanın hər yerindən gələn xəbərlərdə İstanbulda sülh danışıqlarının bu günə qədər ən mühüm irəliləyiş anı olduğu vurğulanıb.

 

BBC-nin Yaxın Şərq müxbiri Tom Bateman yazıb ki, İstanbuldakı danışıqların nəticəsi dönüş nöqtəsi kimi görünür: “Danışıqlar gözləniləndən bir saat tez başa çatıb”.

Bu zaman hər şeyin daha da pisləşə biləcəyini düşündüyümü deyən BBC müxbiri səhv etdiyini və bu anın işğalın başlanğıcından bəri ən mühüm diplomatik məqama çevrildiyini söyləyib.

Rusiyanın Kiyev və Çerniqov ətrafında əməliyyatlarını “böyük ölçüdə azaldacağını” açıqlamasının bu müzakirələrdə sürətlənmə olduğunu göstərdiyini yazan BBC-nin xəbərində növbəti günlərdə vəziyyətin yaxından izlənəcəyi bildirilib.

“Bu günə qədər olan ən önəmli hadisə”

Xəbərdə müharibənin davam etdiyi və ölkələrin bir-birinə güvənmədiyi bildirilsə də, İstanbulda sülh danışıqlarının bu günə qədər ən mühüm irəliləyiş anı olduğu vurğulanıb.

Rusiya dövlət xəbər agentliyi RİA-Novosti-nin verdiyi xəbərə görə, İstanbulda Rusiya-Ukrayna danışıqlarına gedən Rusiya nümayəndə heyəti danışıqların ilk günündən sonra Ukraynaya qarşı qarşıdurmanı azaltmaq üçün iki addımı açıqlayıb.

 “Danışıqlar konstruktiv olub”

Agentlik bildirib ki, “Kiyev və Çerniqov istiqamətlərində hərbi fəaliyyətdə ciddi azalma” olacaq, həmçinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirilə bilər.

ABŞ-ın “Washington Post” qəzeti yazıb: “Bir günlük danışıqlardan sonra ukraynalı müzakirəçilər Rusiyanın nəzərdən keçirəcəyini bildirdiyi bəzi təklifləri ümumiləşdiriblər və Moskva bildirib ki, Kiyev və Çerniqov yaxınlığındakı hərbi fəaliyyətlər “qarşılıqlı etimadı artırmaq və sülh yaratmaq üçün “əhəmiyyətli dərəcədə azaldacaq. Bu gələcək danışıqlar üçün lazımi şərtlərdir”.

Xəbərdə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin “danışıqların konstruktiv keçdiyi” və Rusiyanın münaqişəni səngitmək üçün addımlar atması ilə bağlı açıqlamaları da yer alıb.

“Həftənin şəxsiyyəti Ərdoğandır”

Almaniyalı jurnalist-yazar Volfram Vaymer NTV Online-da yayımlanan “Həftənin şəxsiyyəti” rubrikasında prezident Ərdoğana yer verib.

“Həftənin şəxsiyyəti Ərdoğan” başlığı ilə yeni yazı dərc edən Vaymer Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O, Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltzun, İsrail, İsveçrənin, Roma Papasının və ya BMT-nin deyil, atəşkəsi təmin etmək üçün Ərdoğanın İstanbulda sülh danışıqları təşkil edə bildiyini söyləyib.

İstanbuldakı danışıqlar  ilə bağlı da açıqlamalar verən Vaymer deyib: “Dünya İstanbula baxır və sülhə ümid edir. Rusiya və Ukrayna nümayəndələri Türkiyə metropolunda atəşkəs rejimini müzakirə etmək istəyirlər”.

“Türkiyənin hər iki ölkə ilə münasibətləri yaxşıdır”

CNN International öz xəbərində Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. CNN xarici işlər naziri Mövlud Çavuşoğlunun Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bəzi məsələlərdə “barışıq və ortaq anlaşma”nın əldə edildiyinə dair açıqlamalarına da yer verib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib