“Türk İnteqrasiyası-30” adlı kitabın təqdimatı keçirilib

Bu gün Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Türk İnteqrasiyası-30” adlı kitabın video-konfrans şəklində təqdimatı keçirilib. Təqdimat mərasimini Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darxan Kıdırəli açaraq təqdim olunan kitabda keçən 30 il ərzində müstəqil türk dövlətlərinin keçdiyi yola işıq salan çoxsaylı elmi məqalələrin yer aldığını bildirib.
Türk dünyasının tanınmış ictimai-siyasi xadimləri  Xəlil Akınçı, İkram Adırbekov, Həsən Həsənov, İsa Həbibbəyli açılış nitqi söyləyərək kitabın ərsəyə gəlməsində böyük əmək sərf etmiş müəlliflərə və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını bildirdilər. 2 saatdan çox davam edən video-konfransda Azərbaycan millət vəkilləri Qənirə Paşayeva, Cavanşir Feyziyev və Vüqar Bayramov, Qırğızıstan millət vəkili Kanıbek İmanaliyev və Qırğız Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan, Qazaxıstan Respublikasından araşdırmaçı alim Botagöz Rakişeva və Nazarbayev vəqfinin Dünya iqtisadiyyat və siyasət institunun direktoru Yerjan Saltıbayev, Özbəkistan Respublikasından Strateji Araşdırmalar İnstitunun direktor müavini Sanvar Vəliyev, Özbəkistan Elmlər Akademiyasının Milli Arxeoloji mərkəzinin Başkan yardımçısı alim Qaybulla Babayar, Türkiyə Cümhuriyyəti Milli Elmlər Akademiyasının sabiq prezidenti Əhməd Cavad və başqaları çıxış ediblər.
Konfransda səslənən çıxışlarda son 30 il ərzində türk coğrafiyasında baş vermiş siyasi hadisələr, iqtisadi dirçəliş, türk xalqarı arasında mədəni-humanitar əlaqələr geniş müzakirə olunub. Türk xalqlarının tarixi birliyi, müasir dövrdə müstəqil türk respublikaları arasında siyasi-iqtisadi-sosial və mədəni əlaqələrin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma mühitində türk dövlətlərinin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfransa yekun vuran professor Darxan Kıdırəli bütün müəlliflərə və müzakirələrdə iştirak edən alimlərə və ictimai-siyasi xadimlərə Beynəlxalq Türk Akademiyası adından minnətdarlığını ifadə edərək qarşıdan gələn Novruz bayramı münasibətilə bütün türk xalqlarını təbrik edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi