Rus sülhməramlıları Qarabağı tərk edir- VİDEO

Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin bir hissəsinin hərbi texnikası ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.
İlkin ehtimallara görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə, öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək.
Bu xəbərin doğru olub-olmaması haqda məlumatı dəqiqləçdirmək üçün ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev öz fikirlərini bizimlə bölüşdü. Onun bildirdiyinə görə, “Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirilməsi birgə bəyanatın şərtlərinə uyğun olaraq həyata keçirilmişdi və onlaın (red: sülhməramlıların)  üç il yarımdan sonra tərəflərin birinin razılığı olmadığı təqdirdə  bu ərazilərdən çıxması nəzərdə tutulurdu. Hazırda sülhməramlı kontintingentin bir hissəsi texnika ilə bərabər Laçın  dəhliindən keçməklə Azərbaycan ərazilərini tərk edir. Onsuzda sülhməramlıların fəaliyyətindən Azərbaycan tərəfi son günlərdə qətiyyən məmnun deyildi. Xüsusilə də atəşkəsin kifayət qədər intensiv şəkildə pozulmasından sonra general Volkovun öz vəzifələrini tam həcmdə yerinə yetirə bilməməsinə dair çoxlu şübhələr mövcuddur. Bu kontingentin indi çıxarılması əslində Azərbaycanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Ordusunun öz sülhməramlı fəaliyyətini Qarabağda yetərincə geniş miqyasda və keyfiyyətli şəkildə yerinə yetirdiyinə dair çoxlu sənədlər var. Azərbaycan olaraq biz də bu kontingentin yenidən geri qayıtmaması, yəni rotasiya qaydasında onların əvəzlənməməsi üçün əlimizdən gələni etməliyik”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi