Ukraynada 32 uşaq həlak olub, daha 1,5 milyonu mühasirədə
Ukrayna və Rusiya arasında gedən müharibədə indiyə qədər 32 uşaq həyatını itirib.
Ukrayna KİV-ri bildirir ki, bu barədə ölkənin uşaq hüquqları və reabilitasiyası üzrə müşaviri Darina Qerasimçuk açıqlama verib.
Gerasimçuk qeyd edib ki, 1.5 milyona yaxın uşaq döyüşlərin getdiyi ərazilərdə mühasirədə qalıb. Onların arasında xeyli kimsəsiz və əlil uşaq var.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP