Rusiya Krıma quru yolunu bağlamaqla, Qara və Azov dənizlərinə çıxışa can atır

Bu gün döyüşlərin Nikolayev şəhərinin küçələrində getdiyi təsdiqlənirsə, demək ki, ruslar artıq Odessaya gedən quru yoluna da çıxıblar və hədəf Odessaya çatmaq, Moldovadakı separatçı bölgəyədək uzanan ərazini nəzarətə götürmək və beləliklə də, Ukraynanın Qara və Azov dənizlərinə çıxışlarını qapatmaqdır.
Bundan əvvəlsə Xerson, Melitopol və Berdyansk şəhərlərinin rusların nəzarətinə keçdiyi təsdiqlənib. Bu, bilirsiniz nə deməkdir? Bu, Rusiyanın hələ 2014-cü ildə özünə birləşdirdiyi Krıma hər iki istiqamətdən daxil olan əsas magistral yolların artıq onun nəzarətinə keçməsi və əsas liman şəhərlərindən biri olan Mariupolun da mühasirə altına alınmasıdır.
Bu gün Ukrayna özü artıq Zaporojye AES-in də rusların nəzarətinə keçdiyini etiraf edirsə, deməli, Rusiyanın hədəfi aydındır: Ukraynanın cənub cinahında ələ keçirdiyi bütün ərazilərin enerji təhlükəsizliyini də təminat altına almaq.
Beləliklə, görünən odur ki, Rusiya bu 9 gündə minlərlə əsgərinin və çoxsaylı texnikasının itirilməsi hesabına da olsa, onun üçün hədsiz strateji əhəmiyyətli bölgələrin əsas hissəsini tutmağa müvəffəq olub: Ukraynanın Krıma quru yolunu bağlayıb, Qara və Azov dənizlərinə çıxışını bağlamaqda isə son tamamlama işlərini aparır…
İndi tutduğu əraziləri nə qədər əlində saxlaya biləcək, bu, Zelenskinin müqavimətindən, gələcək danışıqlardakı razılaşmalardan və Rusiyanın beynəlxalq təzyiqlərə tab gətirə bilib-bilməyəcəyindən asılı olacaq…
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi