Ukrayna MN-dən yeni məlumat: “Uğurlarımızı deyə bilmərik, amma…”

Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus ordusundan azad etmək üçün qızğın döyüşlər aparır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Qarşı tərəfin birlik və hissələri ruhdan düşüb, Rusiya ordusunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər. Təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri deyil, sıravi silahsız insanlar da aktiv döyüş əməliyyatları ilə düşmənə itki verir, öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji zərbə vururlar.

Daimi müqavimətlə üzləşən və öz hərəkətlərinin qanunsuzluğunu dərk edən rus ordusu dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı zərbələr endirməkdə, qadın, uşaq və qocalardan “insan qalxanı” kimi istifadə etməkdə davam edir. Onlar öz informasiya məkanında azadlıq “blitzkriq”inin mənzərəsini yaratmaq cəhdlərindən əl çəkmir, tabeliyində olan KİV-lər vasitəsilə total yalanlar yaymaqda davam edir, həqiqətə uyğun və obyektiv məlumatların əldə edilməsinə mane olmaqla canlı qüvvə və texnika itkisini gizlətmək üçün tədbirlər görürlər.

Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən sərhədləri qoruyub saxlamaqda davam edir, bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirir.

Təəssüf ki, planlarımızı puça çıxarmamaq üçün hələlik bütün uğurlarımızı deyə bilmərik. Amma inanın ki, zamanla hər şey bilinəcək” – məlumatda qeyd edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi