Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Zelenski “Twitter” hesabında paylaşım edib.
“Davamlı dəstəyə görə Türkiyəyə təşəkkür edirik. Rusiya Federasiyası tərəfindən davam edən təcavüz və nüvə terrorizmi barədə məlumat verdim. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq”, – o qeyd edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP