Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər. Hər iki tərəf yaxın vaxtlarda humanitar dəhliz üçün qarşlıqlı rabitə kanalları yaradacaqlar.
Bunu TASS agentliyinə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyak əlavə edib ki, Ukrayna nümayəndə heyəti istədiyi nəticəni əldə edə bilmədiyi üçün danışıqları üçüncü raundda davam etdirmək istəyir.






