Rusiyanın “Şimal Axını-2” qaz boru kəməri işini dayandırır

Rusiyanın təbii qazını Avropa İttifaqı ölkələrinə, ilk növbədə Almaniyaya nəql etmək üçün nəzərdə tutulmuş “Şimal Axını-2” qaz boru kəməri layihəsinin operator şirkəti “Nord Stream 2 AG” iflasa uğradığını elan etməyə hazırlaşır.

İsveçrədə qeydiyyata alınmış şirkət bununla bağlı İsveçrə məhkəməsinə müraciət edərək özünü müflis elan etmək fikrindədir.

İflasla bağlı hüquqi prosedurlar və danışıqlar konfidensial aparılır, təfərrüatlar açıqlanmır.

Almaniyanın sabiq baş naziri Gerhard Şröderin rəhbərlik etdiyi, Rusiyanın “Qazprom” korporasiyasının törəmə şirkəti olan “Nord Stream 2 AG” bəzi öhdəliklərinin başa vurulması ilə bağlı maliyyə müşavirləri ilə çalışır.

Bankrotluqla bağlı proses artıq bu həftə başlaya bilər.

İsveçrənin iqtisadiyyat naziri Gi Parmelenin dediyinə görə, əsas ofisi Sürixdə olan “Nord Stream 2 AG” əməkdaşlarını işdən azad etməyə başlayıb: “Geosiyasi situasiya və ABŞ tərəfindən “Nord Stream 2 AG” şirkətinə qoyulmuş sanksiyalarla bağlı olaraq şirkət əməkdaşları ilə bağladığı müqavilələri ləğv etmək məcburiyyətində qalıb”.

“Nord Stream 2 AG” Rusiyanın “Qazprom” korporasiyasının törəmə şirkəti olan “Gazprom international projects LLC” tərəfindən yaradılıb və İsveçrədə qeydiyyatdan keçib.

Ötən ilin sonunda şirkət “Şimal Axını-2” layihəsini başa vurub. Bu boru kəməri marşrutu Rusiyanın Avropa İttifaqına nəql etdiyi təbii qazın həcmini 2 dəfə artırmalı idi.

“Şimal Axını-2” qaz boru kəməri Baltikyanı ölkələr, Polşa və Ukraynadan yan keçməklə Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanır. Onun nəql gücü ildə 55 milyard kubmetrdir.

İnşası 11 milyard dollara başa gəlmiş marşrutun inşa xərclərinin yarısını “Qazprom”, yerdə qalanını isə Britaniyanın “Shell”, Avstriyanın OMV, Fransanın “Engie”, Almaniyanın “Uniper” və “Wintershall Dea” şirkətləri maliyyələşdirmişdilər.

ABŞ, Polşa, Ukrayna və bir sıra digər ölkələr “Şimal Axını-2” marşrutuna qarşı çıxıb onu Rusiyanın Avropaya əlavə təzyiq rıçaqına çevriləcəyini desələr də, Almaniya buna etiraz edirdi. Ötən ilin sentyabrında qaz boru kəmərinin sertifikatlaşdırılmasına başlansa da, noyabrda bu proses dayandı.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra isə Almaniyanın kansleri Olaf Şolts “Nord Stream 2 AG” şirkətinin sertifikatlaşdırılmasının ümumiyyətlə, dayandırıldığını bəyan etdi.

Fevralın 23-də isə ABŞ “Nord Stream 2 AG” şirkətinə və şirkətin icraçı direktoru Mattias Varniqə qarşı sanksiyalar tətbiq etdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib