Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq – NATO

NATO Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanat yayıb.

Baş katib Yens Stoltenberqin təşkilatın saytında yayımlanmış bəyanatında Rusiyanın Ukraynaya hücumu qınanılıb və bunun beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu vurğulanıb:

“Mən Rusiyanın Ukraynaya saysız-hesabsız mülki həyatı risk altında qoyan məsuliyyətsiz və səbəbsiz hücumunu şiddətlə qınayıram. Bir daha, bizim təkrarlanan xəbərdarlıqlarımıza və diplomatiyada yorulmaq bilməyən səylərimizə baxmayaraq Rusiya suveren və müstəqil ölkəyə qarşı aqressiya yolunu seçdi. Bu beynəlxalq hüququn kobud şəkildə pozulması və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdiddir. Mən Rusiyanı hərbi əməliyyatını dərhal dayandırmağa və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıram. NATO müttəfiqləri Rusiyanın aqressiv fəaliyyətinin nəticələri ilə bağlı görüşəcəklər. Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq. NATO bütün müttəfiqləri qorumaq üçün əlindən gələn hər şeyi edəcək”, – deyə bəyanatda bildirilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi