Bakıdakı bu taksi şirkətlərinin arxasında ermənilər dayanır…

“Taksi fəaliyyəti sahəsindəki qarmaqarışıqlığa, xaotik vəziyyətə son qoymaq üçün ilk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.

Bunu avtomobil eksperti Elməddin Muradlı paytaxtda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:

“Ölkədə taksi fəaliyyətilə bağlı xaotik vəziyyət hökm sürür. Belə vəziyyətin yaranması isə ağır sosial durum və fəaliyyətin tənzimlənməsilə bağlı mexanizmin olmaması ilə bağlıdır. Ona görə də iş tapa bilməyən sürücülər taksi fəaliyətində olan boşluqdan yararlanaraq avtomobilləri ilə taksi fəaliyyətinə çıxırlar. Bir sıra hallarda şəxsi avtomobillərilə hərəkət edən insanlar da taksi fəaliyyətilə məşğul olur. Belə ki, səhər işlədiyi məkana gedən və axşam işdən çıxan zaman sürücülərin bəziləri də müəyyən məbləğ müqabilində avtomobillərilə sərnişin daşıyırlar. Yəni onlar da özlərini taksi sürücüsü adlandırırlar. İlk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.

Həmsöhbətimiz qeyd edir ki, taksi fəaliyyətilə bağlı konsepsiya da müəyyənləşməlidir:

“Burada taksi sürücüsünün etik davranış qaydaları, küçə və yolları bilmək səviyyəsi, vətəndaşla ünsiyyət, avtomobilin vəziyyəti, xidmət keyfiyyətini ölçmək və şikayətlərin qəbulu üçün vətəndaşların müraciət edə biləcəyi qaynar xətt və s. əks olunmalıdır. Avtomobilin rəngi məsələsi də əhəmiyyətlidir. İstənilən rəngli avtomobillə taksi xidməti göstərmək olmaz”.

E. Muradlı düşünür ki, istənilən şəxsi taksi sürücüsü kimi qəbul etmək olmaz:

“Peşəkar taksi sürücülərini önə çəkməli, onlara münasibətdə müəyyən güzəştlər olmalıdır. Taksi şirkətləri qarşısında da məsuliyyət qoyulmalıdır ki, hər yoldan keçənin ora cəlb olunmasının qarşısı alınsın. 50-60 minlik maşınla taksi fəaliyyətinə çıxan tərbiyəsizlər prosesdən uzaqlaşdırılmalıdır.

Taksi şirkətlərindən Yandeks, Uber, Makmin arxasında erməni iş adamları dayanır. Ona görə də sərt qaydalar tətbiq etməklə prosesi tezliklə tənzimləməliyik”.

Qeyd edək ki, baş nazir Əli Əsədovun “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamına əsasən paytaxtda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq. Bununla bağlı təkliflər 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi