İnternetdən 6 saat istifadəyə görə 1265 manat borc!!!

Goranboy rayonu Nadirkənd kəndində  yaşayan Məmmədov Teymur İsmayıl oğlu təxminən 1 ay öncə internetdən limitsiz istifadə etmək üçün Azercell-dən nömrə alıb. Lakin işlədəcəyi tarifin kodunu yollamadan dostu ondan xəbərsiz telefonu ilə internetdən 6 saata yaxın istifadə edib, çünki ona Azercell-dən belə bir nömrə aldığını söyləmişdi. Amma dostu bilmirdi ki, internetin limitsiz olması üçün Teymur hələ kod yollamayıb. Nəticədə Teymurun adına 1265 AZN borc yazılıb.
Aylığı 15 AZN olduğu halda 6 saata bu qədər borc necə yarana bilər? Bu sualla Teymur Azercell-in Gəncə filialına müraciət edib. Ona bildiriblər ki, tarifə qoşulmadan internetdən istifadə haqqı 1Mbt üçün 0.4 AZN hesablanır. Uzun söhbətdən sonra filialın rəsmisi əvvəl 30 %, sonra isə 50% güzəşt edə biləcəyini söyləyib.
Problemlə bağlı Azercell-in müştəri xidmətinə onlayn müraciət ünvanlanıb. Şirkət öz rəsmi saytında istənilən şikayətə 5 iş günü ərzində cavab verdiyini yazır. Lakin müraciətdən 1 həftə keçməsinə baxmayaraq heç bir cavab yoxdur. Gəncə filialının rəsmisinə “niyə limiti keçdiyində  xəbərdarlıq mesajı göndərilməyib və yaxud bağlantı kəsilməyib” sualına məntiqsiz cavab verilib: “Siz bu 6 saat ərzində internetdən çıxmamısınız, ona görə sizə xəbərdarlıq edə bilməmişik”. Axı ən azından SMS yollamaq olardı …
Şikayətçi  Teymur Məmmədov “Azercell Telecom MMC”-nin prezidenti xanım Zərinə Zeynalovanın yarıtmaz işindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, həmçinin Prezident Aparatına problemlə şikayət yazıb. Borc ləğv edilmədiyi halda Azercell-i məhkəməyə verəcəyini deyən Teymur Məmmədov hətta  istifadəçilərin Azercell-in müştərinin cibinəgirmə siyasətindən boğaza yığıldığını da deyib. Şirkətin fəaliyyətindən narazı olan yetərincə şikayətçi olduğunu söyləyən  Teymur Məmmədov bütün istifadəçiləri Azercell-i boykot etməyə çağırıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib