Rusiyada nazir müavininin meyiti tapıldı

Rusiyanın sabiq ədliyyə nazirinin müavini Vladimir Yaluninin meyiti tapılıb.

Rusiya mətbuatı xəbər verir ki, keçmiş məmurun meyiti buz bağlamış çayda aşkarlanıb.

Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.

Qeyd edək ki, Yalunin fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb. 70 yaşlı V.Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP