Co Baydenlə Boris Conson Ukraynadan DANIŞDI

Boris Conson və Co Bayden arasında Ukrayna ilə bağlı telefon danışığı olub.

Bu barədə “Downing Street”in yaydığı məlumatda bildirilib.

Baş Nazir və Prezident Bayden dünya liderləri ilə apardıqları son müzakirələr haqqında bir-birlərini məlumatlandırıblar. Bildirilib ki, Ukraynaya qarşı təhdidlərindən geri çəkilmək və diplomatik pəncərədən istifadə etmək üçün Rusiyanın hələ də imkanları var.

“Liderlər vurğulayıblar ki, Ukraynaya hər hansı növbəti müdaxilə Rusiya üçün uzunmüddətli böhranla nəticələnəcək, bu həm Rusiya, həm də dünya üçün böyük ziyan vuracaq”,- deyə məlumatda bildirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP