Qənirə Paşayevadan Ramiz Mehdiyevə: “Buna görə üzr istəməlisən”

“Nəhayət! Gözlənilən, arzulanan xəbər yayıldı: Ramiz Mehdiyev istefa verdi! Özünəxas ənənələri olam elm ocağımız rahat nəfəs ala biləcək”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva özünün feysbuk hesabında yazıb.

“Akademiyanın elm ocaqlığından intiriqa yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdi Ramiz Mehdiyev.

Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, sünii əngəllər yaradan Mehdiyev, akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki? Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev, artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir, hansı münasibətlə üzləşirsə, günahkar arayışına çıxmamalı, günahı özündə axtarmalıdır, məhz özündə!

Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan…”, – deyə Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi