“Çelsi”nin sahibi bir gündə 800 milyona yaxın İTİRDİ
Ukraynada baş verən siyasi gərginlik səbəbindən ən çox ziyan görənlərdən biri də “Çelsi”nin sahibi Roman Abramoviçdir.
Rusiyalı milyarder bir gün ərzində təxminən 778 milyon avro itirib.
Məsələ burasındadır ki, Evraz polad qrupunun səhmləri London birjasında 29 faiz ucuzlaşıb. İnvestorlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan qorxurlar.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir. Bu müddət ərzində “zadəganlar” 4 dəfə İngiltərə çempionluğunu qazanıb, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Liqasının, 2 dəfə UEFA Superkubokunun, 5 dəfə İngiltərə kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun, həmçinin 2 dəfə İngiltərə Superkubokunun qalibi olub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP