Tovuzda oğul atasını GÜLLƏLƏDİ

Tovuzda qətl hadisəsi baş verib.

Məlumata görə, 75 yaşlı Qamət Əliyev ov tüfəngi ilə güllələnərək öldürülüb. Onun qətlində oğlu Bakı şəhər sakini 42 yaşlı Ceyhun Əliyev şübhəli bilinərək saxlanılıb.

Qətli törədən C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP