İraq Küveytin işğalına görə 50 milyard dollardan çox təzminat ödəyib

İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdır

Bu barədə Interfax agentliyinə istinadla xəbər verir.

Təzminat komissiyası İraqın hərbi müdaxiləsi və Küveytin işğalı nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi üçün 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub.

BMT Təhlükəsizlik Şurası əvvəlcə İraqın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 30 faizini təzminat kimi fonda ödəməli olduğu barədə qərar çıxarıb. Sonradan ödəniləcək məbləğin həcmi əvvəlcə 25 faizə, ardından isə 5 faizə endirilib.

Komissiya 352,5 milyard dollar həcmində 2 milyon 686 mindən çox iddianı nəzərdən keçirsə də, yalnız 52,4 milyard dollarlıq 1,5 milyon iddianı təmin edib.

Xatırladaq ki, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT buna cavab olaraq İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında İraqa qarşı “Səhrada tufan” əməliyyatına başlamışdı.

Bəs görəsən BMT Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlamış, Qarabağda yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş Ermənistana qarşı belə bir təzminat qərarı çıxararmı?

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi