Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının prezidenti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının prezidenti Khurram Bhatti ilə görüşüb. DGK-dan “Olaylar”a bildirilib ki, görüşdə  Komitənin aidiyyəti strukturlarının nümayəndələri, Pakistanın ölkəmizdəki səfirinin müavini Moazzam Ali Sahito da iştirak ediblər. İsmayıl Hüseynov Azərbaycanla Pakistan arasındakı  tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana  göstərilən mənəvi dəstəyi bunun bariz nümunəsi kimi qiymətləndirib.  Komitə sədrinin birinci müavini  qarşılıqlı əməkdaşılığın güclənməsində iki ölkənin dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rol oynadığını bildirib.

O da qeyd olunub ki, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq, dostluq münasibətləri qurulsa da iki ölkə arasındakı ticarət dövriyyəsi qənaətbəxş deyil. İsmayıl Hüseynov Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəyinə, iqtisadi və ticarət münasibətlərinin də qısa zaman kəsiyində genişlənəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının prezidenti Khurram Bhatti səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasındakı münasibətlərdən məmnunluqla bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə ticarət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə Dövlət Gömrük Komitəsi ilə Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatası arasında daimi işçi qrupun formalaşdırılması,  əlaqələrin daha da gücləndirilməsi qərara alınıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi