Ottavada etiraz aksiyaları səbəbindən fövqəladə vəziyyət elan olunub

Ottava administrasiyası iri yük maşınlarının sürücülərinin koronavirus məhdudiyyətlərinə qarşı keçirdiyi etiraz aksiyaları səbəbindən şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.

CBC telekanalı xəbər verir ki, etirazçılar federal və regional hakimiyyət orqanlarından pandemiya ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər.

Ottava meri hakimiyyətin və polisin vəziyyətə artıq nəzarət edə bilmədiklərini deyib. Şəhərin polis rəisi Piter Sloli isə nümayişin qarşısını almaq üçün əməkdaşların çatmadığını etiraf edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, fevralın 5-də yerli sakinlərin və başqa şəhərlərdən gələn vətəndaşların aksiyalara qoşulması ilə etirazçıların sayı 5 min nəfərə çatıb.

Qeyd edək ki, yanvarın 29-da təhlükəsizlik nöqteyi-nəzərindən paytaxtdakı iqamətgahını tərk edən Baş nazir Castin Trüdo və ailəsinin bazar ertəsi günü koronavirusa yoluxduğu məlum olub. Kanada hökumətinin başçısı etirazçılarla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi