Ərdoğan: “Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini gücləndirir”

Müasir Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini gücləndirən, eləcə də iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-şərqindəki Giresun vilayətində bir sıra obyektlərin açılışında deyib.

Ərdoğan qeyd edib ki, son 10 il Türkiyə üçün xüsusilə çətin olub.

“Bu gün gələcəyə inamla baxmaq üçün bütün imkanlarımız var. Türkiyənin kursuna təsir cəhdlərinin uğursuzluğunu dərk edən dairələr onun yolunda əngəllər yaratmağa, iqtisadiyyatını məhv etməyə çalışırlar”, – Prezident bildirib.

Ərdoğan daha sonra Türkiyənin yerləşdiyi bölgədə gərginliyin yaratdığı risklərə diqqət çəkib.

“Milyonlarla insan Ukrayna və Rusiya arasında gərginlik fonunda böhranlı vəziyyətdə yaşamağa məcburdur”, – Türkiyə lideri vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib