Fazil Mustafa: “Bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır”

“Bütün məsələlərdə dövlətin nəzarəti olmalıdır. Biz dünyəvi dövlətik. Dünyəvi dövlətlərdə din dövlətdən ayrıdır. Yəni, dinin yeri ayrıdır, amma bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır”.

Bunu deputat Fazil Mustafa qeyd edib.

“Ona görə yox ki, Azərbaycanda bunu istəyirlər. Xeyr! Təsəvvür edin, Azərbaycanda nə qədər xümspulu yığılır və başqa ölkəyə göndərilir. Niyə göndərilməlidir?! Bu, artıq kəşfiyyat məsələsidir. Azərbaycanda ortaya “İmam Mehdi” çıxmışdı. Nə qədər sahibkarın cənnətdə yer almaq adı ilə 30-40 min pulunu almışdı. Hətta bəzilərinin yaxınlarını da siğə etmişdi. Həmin adamı hüquq-mühafizə orqanları yaxalamışdılar. Mən faktdan danışıram. Belə cahillik olmaz”, – deyə Fazil Mustafa bildirib.

Deputat ölkəmizdə məscidlərinin üzərinə Azərbaycan bayrağından başqa bayraqların asılmasını tənqid edib:

“Hansı ölkədə məscidin üzərində bayraq var?! Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?! Dində bayraq anlayışı yoxdur. Əməvilərin bayrağı ayrıdır, Abbasilərin də bayrağı fərqlidir. O asılanlar rejimlərin bayraqlarıdır. Həmin rejimlər tarix boyu olub”.

“Sən hansı rejimi tarixdən, yeddinci əsrdən gətirib buraya salırsan?! Üstəlik, digər dinlərin nümayəndələrini də qəbul etmirsən ki, bu, xristiandır, bu, yəhudidir. Səhər duranda işığı yandırıb namazını qılırsan. O zaman namaz qılmaq üçün işığı yandırma də… İşığı da bir xristian kəşf edib. O zaman telefonla danışma, dəvənin üstündə gəz də… Deməli, sən müasir dünyanın içərisindəsənsə, dini də müasir anlayışla təbliğ etməlisən. Eyni zamanda, onu yaşamalısan. Hamı bankdan kredit götürür, iş görür. Sən də dindaram, faiz götürmürəm deyirsən. Bunlar yeni dünyanın tələbləridir. Həmin qaydaları tətbiq edən, köhnəliyi əsas götürən İrana, İraqa, Əfqanıstana, Ərəbistana baxın, hansı gerçək İslamı yaşayır?!”, – deyə Fazil Mustafa vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi