Piyadaların hərəkət etdiyi səkidə yol nişanı

Paytaxtın Yasamal rayonu ərazisindəki Cəfər Cabbarlı küçəsinin kənarında yolun hərəkət istiqamətini göstərən bir lövhə quraşdırılıb.  Diqqətlə baxdıqda, lövhənin piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkinin düz ortasında qoyulduğunun şahidi oluruq.  Bu da oradan keçənlərin haqlı narazılığına və istehzasına səbəb olur.  Gediş-gəlişə mane olan  lövhənin niyə məhz bu vəziyyətdə quraşdırılması ilə maraqlandıq .

Məsələyə aydınlıq  gətirmək üçün, ilk olaraq Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq.  O söylədi ki: Azəravtoyol ASC icraedici qurum olduğu üçün, hər hansı bir yol nişanını quraşdırarkən, ilk öncə Baş Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırdıqdan sonra bu işləri həyata keçirir. Onun fikrincə, lövhə tam olaraq qanuni və standartlara uyğun quraşdırılıb.  

Bakı Nəqliyyat Agentliyi ilə, əlaqə saxlalamaq mümkün olmadı. Quruma dəfələrlə zəng etsək də, telefonlar ya məşğul oldu, ya da susdu…

 Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikı Kamran Əliyevlə və Bakı şəhər DYP-nin  ıctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə yaratmaq cəhdimiz də baş tutmadı. 

Məlumat üçün xatırladırıq ki,  Yol Hərəkəti Haqqında qanunun 61-ci maddəsinə əsasən, nişan ən azı 100 metr məsafədən aydın şəkildə görünməlidir. Lakin sözügedən yol nişanını yalnız lövhənin altından keçən piyadalar görür. Sürücülər isə, dönmə əməliyyatında çaşıb qalırlar. Çünki 100 metr uzaqdan nişan görünmür. Nişanı yolun üzərindən havada quraşdırmaq məqsədəuyğun olardı. Belə ki magistral yollarda, yaşayış məntəqələrinin əsas yollarinda bunu ediblər və bu təcrübə bizdə var.

mediazona.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi