Dövlət Sərhəd Xidməti 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirir

Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən silsilə tədbirlər keçirilir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, yanvarın 20-də general-polkovnik Elçin Quliyevin başçılığı ilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin aparatında davam edən anım tədbirində iştirakçılar əvvəlcə faciənin ildönümü ilə əlaqədar hazırlanmış fotosərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 32 il əvvəl sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində Vətən fədailərinin xalqımızın azadlığı, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.

Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb. 20 Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verildiyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalandığı, 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edildiyi bildirilib.

Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, 30 illik torpaq həsrətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində son qoyulduğu, ərazilərimizin erməni işğalından azad olunduğu, “Dəmir yumruğ”un düşməni darmadağın etdiyi qeyd olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib