Yasamal rayonunda yeni yol inşa olunub

Yasamal rayonu ərazisində, “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu inşa olunub.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1250 metr, eni isə 9 metr təşkil edir.

Məlumata əsasən, sözügedən yol üzrə torpaq işləri görülüb, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Yolboyu 3 laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra edilib.

Tikinti işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü ilə yanaşı, piyada səkiləri inşa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Yeni yolda 3475 kvadratmetr səki tikilib, 2500 poqonmetr sahədə səki daşı düzülüb.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yolun hər bir tərəfində beton küvet inşa edilib.

Son mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib. Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxış imkanı yaradır.

Qeyd olunub ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 kilometr olan 11 küçədə də əsaslı təmir işləri həyata keçirilib.

Ümumilikdə isə dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 kilometr uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da müvafiq işlərin aparılması nəzərdə tutulur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi