Robotlar da zarafat edə biləcək

Mühəndislər robotlara zarafat etməyi öyrətməyə çalışırlar.

Xarici mətbuatın məlumatına görə, ABŞ-ın Oreqon Dövlət Universitetinin dosenti Naomi Fitter mikrofon verildiyi anda zarafat edən robot icad edib.

Robot əvvəlcə insanların nəyə güldüyünü anlamağa çalışır. Daha sonra ona uyğun zarafat edir. Bu müəyyən alqoritm əsasında baş verir.

Qeyd edək ki, son illərdə süni intellekti xəstəliklərin müalicəsində, oyunlar oynamaqda, müxtəlif iş sahələrində geniş istifadə edirlər. Ancaq yumor yeni bir sahədir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP