Tofiq Zülfüqarov: “Yaxşı olardı ki, Türkiyə də Qazaxıstan proseslərinə cəlb olunsun”

Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları ölkədə qarşıdurmalara, qanlı toqquşmalara səbəb olub. Hökumət məsələnin araşdırılıb çıxış yolu tapılmasını vəd etsə də, yanvarın 5-də etirazçılar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iqamətgahını ələ keçiriblər. Daha sonra etirazçılar geri oturdulub. Onlarla etirazçı məhv edilib və onların şəxsiyyəti müəyyənləşdirilir. Ölkə prezidentinin iqamətgahı xüsusi təyinatlılar tərəfindən qorumaya alınıb.
Prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri artıq Qazaxıstana göndərilib.
Hadisələri şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Qazaxıstandakı proseslərin sonunu proqnozlaşdırmaq çətindir:
“Amma hiss olunur ki, orada bir çox xarici ölkələrin, oyunçuların maraqları var. Bəzən elə bir təəssürat yaranır ki, bəzi qərbyönlü və ya rusiyayönlü qüvvələr hansısa şəkildə eyni ssenari üzərində işləyirlər. Bu kimi halı biz Belarusda görmüşük. Qazaxıstanda çox mürəkkəb situasiya yaranıb. Hiss olunur ki, orada hansısa oyunçuların oyunları gedir”.
T.Zülfüqarov qeyd edib ki, hadisələrə təkcə qiymətlərin qalxmasının səbəb olmadığı aydın görünür:
“Hansısa digər məqsədlər var. Bir şeyi qeyd etmək lazımdır ki, uzun müddət Qazaxıstanın dövlət başçısı olmuş Nursultan Nazarbayev həmişə Azərbaycanın dostu kimi çıxış edirdi. Bu baxımdan siyasi zirvəyə gələn qüvvələrin Azərbaycanla münasibəti də çox vacib bir mövzudur. Hesab edirəm ki, bizim münasibətimiz bu meyarla ölçülməlidir.
Hazırda Qazaxıstanda gərginlik  artmaqdadır. Narahatedici məsələ ondan ibarətdir ki, artıq xarici hərbi qüvvələrin ölkəyə cəlb olunması prosesi baş verir. Bu da təbii ki, vəziyyəti daha da mürəkkəbləşdirəcək”.
Politoloq bildirib ki, Türkiyə və Rusiya hansısa əlaqələrin təcrübəsini istifadə edərkən, rəsmi Ankara da vəziyyəti sabitləşdirmə məsələsində öz rolunu oynaya bilər.
“Çünki biz görürük ki, uzun müddətdir Türkiyə və Rusiya bir sıra məsələlərdə əməkdaşlıq edirlər. Bu, özünü bizim regionda və digər bölgələrdə, o cümlədən Suriyada göstərdi. Yaxşı olardı ki, Türkiyə Qazaxıstandakı  proseslərə cəlb olunsun və hansısa stabilləşmə məsələlərində iştirak etsin”.
T.Zülfüqarov Çinin Qazaxıstan hadisələrində əsas oyunçulardan biri olduğunu hesab edir:
“Çünki biz bilirik ki, bu ay ABŞ və Rusiya arasında təhlükəsizlik barəsində danışıqlar başlayacaq. Bəziləri bunu Çin mövzusuna aid edirlər. Rusiya Çin və qərblə geniş müzakirələr aparır. Bu məsələdə öz mövqeyini müəyyənləşdirmək, hansısa imtiyazlara nail olmaq üçün imkanlardan istifadə edir. Hər kəs anlayır ki, Çin-ABŞ qarşıdurmasında Rusiyanın mövqeyi çox vacibdir. Hiss olunur ki, Rusiya da bu məqamdan istifadə etmək niyyətindədir. İstisna deyil ki, Rusiya Qazaxıstan mövzusunda da bu cür taktika tətbiq edəcək. Çin bu məsələdə maraqlarını qorumaq üçün hansısa siyasət həyata keçirəcək. Çünki bu, Çin üçün əhəmiyyətli mövzudur”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır