bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqlayıb

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin birillik fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib.

“Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda tədbiri nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə açaraq il ərzində nazirlik tərəfindən həyata keçirilən layihələrin işıqlandırılmasında göstərilən dəstəyə və əməkdaşlığa görə media nümayəndələrinə təşəkkürünü bildirib: “Nazirliyin məqsədlərindən biri də mədəniyyət sahəsindəki yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırmaqdır. Bu yolda körpü yaratdığınız üçün hər birinizə minnətdarıq”.

Daha sonra mədəniyyət naziri Anar Kərimov mətbuat konfransına qatılan KİV nümayəndələri və mədəniyyət və incəsənət xadimlərini salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Nazir diqqətə çatdırıb ki, 2021-ci il ölkəmiz üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbənin birinci ildönümü və Qarabağa böyük qayıdışın ilk addımları kimi yadda qalıb: “Mədəniyyət Nazirliyi olaraq fəxr edirik ki, bu prosesdən kənarda qalmadıq və öz töhfələrimizi verdik”.

2021-ci ilin əvvəlində nazirlik tərəfindən 9 hədəf üzrə fəaliyyət planının bəyan edildiyini bildirən Anar Kərimov deyib: “Hədəfimiz bu bəndləri sözdə deyil, əməldə icra etmək idi. Bu gün artıq nəticələri elan etmək vaxtıdır. Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək istiqamətində fəaliyyət göstərib”.

İdarəetmə sistemində islahatlar

Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması hədəfi ilə bağlı 2030-cu ilədək “Azərbaycan Respublikasının mədəniyyət strategiyası”nın hazırlanması ilə bağlı işlərin görüldüyünü diqqətə çatdıran nazir qeyd edib ki, bu sahədə 5 istiqamət üzrə (mədəni irsin qorunması, insan kapitalının inkişafı, yaradıcı sənayeyə dəstək, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, mədəniyyətin Qarabağa, Qarabağın mədəniyyətə qayıdışı) prioritetlər elan edilib. Həmçinin hüquqi bazanın yenidən qurulması da nəzərdən keçirilir. Bu hədəf üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 5 yeni regional idarə yaradılıb.

Bildirilib ki, mədəniyyət və yaradıcılığın inkişafı məzmununun zənginləşdirilməsi hədəfi üzrə Azərbaycan Film Komissiyasının yaradılması, “Azərbaycanfilm” Kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı, “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd etmək olar. Məhz bu hədəf üzrə il ərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Filmlərimiz beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.

İyirmi doqquz ildən sonra azad Şuşada “Xarıbülbül” musiqi festivalı, XVI Beynəlxalq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vətən müharibəsində Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsi və digər layihələr ilin musiqi mənzərəsinin zənginliyindən xəbər verir.

Pandemiya şərtləri daxilində 2021-ci ildə teatr sahəsində də müəyyən uğurlar oldu. “4.4” Qısa Tamaşalar Festivalı, “Qalib olan Azərbaycan” tamaşalar festivalı, habelə Mədəniyyət Nazirliyinin teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsi üzrə Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya bu sahənin inkişafı məqsədi daşıyırdı.

Bakıda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab və nəşriyyat sahəsində bu ilin ən əlamətdar hadisəsi olub. Builki sərgi “Nizami Gəncəvi İli”nə həsr olunmuşdu. Sərgi çərçivəsində maraqlı təqdimatlar, tanınmış yazarlarla görüşlər təşkil olunub. İl ərzində, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün “Qarabağa kitabla gedək” layihəsi üzrə kitab toplama kampaniyası davam etdirilib.

Nazir yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılmasını da 2021-ci ilin uğurları kimi səciyyələndirib. Anar Kərimov Lənkəran şəhərinin qastronomiya tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin də ilin uğurlarından olduğunu deyib. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələr hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, gələn il UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına salınması ilə bağlı “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək. Həmçinin 2022-ci ildə Fikrət Əmirovun 100, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyləri UNESCO-da qeyd ediləcək.

Mədəniyyətin Qarabağa qaytarılması

Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Dövlət qeydiyyatında olan 403 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bundan əlavə, il ərzində ölkə üzrə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Nazirlik Şuşada Bülbülün ev-muzeyinin bərpasına dəstək verib, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransını təşkil edib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə Vaqif Poeziya Günləri, “Xarıbülbül” musiqi festivalı, Milli Musiqi Günü və Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının Şuşada da qeyd edilməsi, həmçinin “Qarabağın bərpası: yenidənqurma və inkişaf” sərgisində iştirak nazirliyin bu proseslərin mərkəzində yer alması deməkdir.

“Nizami Gəncəvi İli”nin yaddaqalan tədbirləri

Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı olub. Əlamətdar il çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi və iştirakı ilə respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirilib. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri olub. Eyni zamanda Mədəniyyət Nazirliyinin dəstəyi ilə mütəfəkkir şairin beş poemasının yer aldığı nəşr – “Nizami Gəncəvi. Xəmsə” kitabı Türkiyədə çap edilib.

Beynəlxalq mədəni əməkdaşlıqda yeni uğurlar

İl ərzində Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində işlərin davam etdirildiyini bildirən nazir deyib ki, həmçinin beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi də diqqətdə saxlanılıb. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə iştirak təmin edilib. İstedadlı uşaq və gənclər beynəlxalq incəsənət layihələrində uğurlara imza atıblar.

Bu il, eyni zamanda beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurlarla müşayiət olunub. ICESCO-nun Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə olması, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə islam və türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı ICESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. Bu il, həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Ölkəmiz həm də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə də üzv olub. Bütün bunlar ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir.

Layihələr, yubileylər

Anar Kərimov qeyd edib ki, mədəniyyətimizin ölkə daxilində təbliği məqsədilə il ərzində müxtəlif layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. Nazirliyin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Mədəni yenilənmə”, “Səhnədən səngərə”, habelə Vətən müharibəsinə həsr edilən sənədli filmlərin çəkilişi gənc nəslin maariflənməsinə töhfə vermiş olub.

Həmçinin görkəmli mədəniyyət xadimlərinin yubiley və xatirə gecələrinin keçirilməsi də mədəniyyətimizin ölkə daxilində təbliğinə xidmət edir. Bu sırada Aşıq Ələsgərin 200, Xan Şuşinskinin 120, Mikayıl Abdullayev və Kamil Əliyevin 100, Tofiq Bakıxanovun 90 və başqa əlamətdar yubiley tədbirləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Nazir COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsinin də diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, kitabxana, qalereya və muzeylər, eləcə də teatr və kino nümayişi müəssisələri ilin əvvəlində fəaliyyətini əsasən onlayn formatda qurub. Sonralar karantin şərtlərindəki yumşalmalarla müəyyən qaydalara əməl etməklə intensiv fəaliyyət təmin edilib.

Anar Kərimov, həmçinin “Davranış mədəniyyəti” layihəsi haqqında da danışaraq qeyd edib ki, layihə mədəni irsimizin qorunması, saxlanılması, dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması ilə bağlı strateji göstərişin icrası məqsədi daşıyır. Nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması üzrə də işlər davam etdirilir.

Daha sonra Anar Kərimov ictimaiyyəti maraqlandıran məsələlərə dair media nümayəndələrinin və nazirliyin rəsmi feysbuk hesabından canlı yayım vasitəsilə daxil olan sosial media istifadəçilərinin suallarını cavablandırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP